Redaktor seçimi
Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -
Xırdalan şəhər 2 nömrəli məktəbin direktoruna “DUR” deyən olacaqmı?! –
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Etibar Əliyevin səhhətinə görə istintaq yenidən dayandırıldı

 

“Texnikabank” ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin yarımçıq qalmış cinayət işi üzrə yeni məhkəmə iclası keçirilib.

Yenixeber.org-un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi öz təşəbbüsü ilə Etibar Əliyevin vəziyyəti ilə maraqlanıb.

Onun mühakiməsini davam etdirib-etdirə bilməyəcəyini öyrənmək üçün tibbi ekspertiza keçirilib. Bu günlərdə həkim rəyi hazır olub. Rəydə yazılıb ki, təqsirləndirilən şəxs illər əvvəl ağır xəstəliyə tutulub, hələ də ondan əziyyət çəkir.

Məhkəmə sözügedən rəy əsasında qərar qəbul edib. Qərarda yazılıb ki, Etibar Əliyev məhkəmədə iştirakını istisna edən ağır xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən məhkəmə istintaqı yenidən qeyri-müəyyən müddətə kimi dayandırılıb.

Məlumat üçün deyək ki, Etibar Əliyev və “Texnikabank”ın digər əməkdaşları 2014-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb edilib. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə ayrıca mühakimə edilən Etibar Əliyevə 9 il azadlıqdan məhrumetmə cəzası verilib.

Lakin cəza şərti hesab edilib. Həmin vaxt tərəflər hökmdən apellyasiya şikayəti verib. Apellyasiya baxışının gedişində Etibar Əliyev ağır xəstəliyə tutulub. Bu səbəbdən 10 ildir istintaq dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam