Şahbaz Şərif də Nyu-Yorka getdi -FOTOLAR
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
Yenixeber.org: Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Baş nazir sentyabrın 27-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edəcək.
Məhəmməd Şahbaz Şərif, həmçinin davamlı inkişafla bağlı qlobal səviyyədə lazım olan tədbirləri müzakirə etmək üçün dünya liderlərinin bir qrupu ilə görüşəcək. Onun proqramına BMT-nin Baş katibi və Baş Assambleyanın sədri ilə ikitərəfli görüşlər də daxildir.