Bu küçədə avtomobillə hərəkət tam məhdudlaşdırılır
Sabahdan Bakının Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində aparılacaq təmir işləri ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Yenixeber.org: Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qurum sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.