Kurskda döyüşlər davam edir -Ukrayna raketi vuruldu
Rusiya hava hücumundan müdafiə sistemləri Kursk ərazisində Ukraynaya məxsus raketi vurub.
Yenixeber.org: Bu barədə Kursk vilayətinin qubernatoru Aleksey Smirnov məlumat verib.
Qeyd edək ki, qubernator bir müddət öncə raket təhlükəsi xəbərdarlığı elan etmişdi.
Daha sonra Smirnov xəbərdarlığı ləğv edib.