Redaktor seçimi
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Günün xəbəri

Kürəkənini vurmaq istədi, qızı özünü sipər edib öldü - Dəhşətli OLAY/ FOTOLAR

 

Türkiyədə kürəkənini vurmaq istəyən ata öz qızını öldürüb.

Yenixeber.org.org bildirir ki, hadisə Aksaray şəhərinin Şəhid İsmayıl Dağ küçəsində baş verib. 30 yaşlı Rəcəb Ok avtomobildə boşanma ərəfəsində olduğu 26 yaşlı arvadı Fadimana Ok ilə gedərkən qayınatası 50 yaşlı Mehmet A. ilə qarşılaşıb.

Burada qayınata ilə kürəkən arasına mübahisə yaranıb. Mübahisə getdikcə böyüyüb və Mehmet A. tapançanı belindən çıxararaq kürəkəninə doğru atəş açıb. Bu zaman qızı Fadimana ərinin qarşısına keçərək onu qorumaq istəyib. Nəticədə o, sinəsindən yaralanıb. Həmçinin Rəcəb Ok da sinəsindən və qarnından güllə yaraları alıb. Mehmet A. daha sonra hadisə yerindən qaçıb.


Xəstəxanaya çatdırılan Fadimananı xilas etmək mümkün olmayıb. Rəcəbin də vəziyyətinin ağır olduğu bildirilir.

Cütlüyün 2 övladı olduğu qeyd olunur.

Hazırda polis əməkdaşları Mehmet A-nın saxlanılması üçün əməliyyat-axtarış tədbirləri keçirirlər.

Mehmet A.

Rəcəb Ok

Fadimana Ok


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam