Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mansur Yavaş CHP-dən gedir?-FOTOLAR

 

“Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaş rəsmi olmasa da, faktiki olaraq Cümhuriyyət Xalq Partiyası (CHP) ilə yollarını ayırıb”.

Yenixeber.org xəbər verir ki, bu barədə türkiyəli politoloq Zafer Şahin “Yavaş’ın CHP’ye vedası” adlı köşə yazısında bildirib.

Onun sözlərinə görə, M.Yavaşın sentyabrın 7-də CHP-nin Nizamnamə Qurultayında dediyi bir cümlə üstüörtülü vida mesajı olub: “Mən də rəhbərim Əkrəm İmamoğlu kimi sizin qarşınızda hazır şəkildə çıxış etmək istərdim. Amma mənə 1 saat əvvəl telefonla məlumat verdilər. Təəssüf ki, biz buradan nifaq atəşinə benzin tökmüş oluruq!”

Bundan başqa, Mansur Yavaş HÜDAPAR (Hürr Dava Partiyası) daxil olmaqla, DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyalarını tənqid edib: “Bizim milli bayramlarımız qeyd olunur, amma bu bayramları keçirməyən iki partiya var. Düşünürəm ki, onlarla məsafə saxlanılmalıdır”.

Bunun ardınca Şahin yazır: “Bəs Türkiyə siyasətində hansı partiya DEM Partiyası ilə məsafə saxlamır, əksinə, “Şəhər Konsensusu” deyib birlikdə yola çıxır? Yavaşın son 10 ildə 3 dəfə Ankara namizədi olduğu və hələ də siyasətlə məşğul olduğu CHP...

Yəni öz partiyasına ultimatum verir. “DEM varsa, mən yoxam” deyir. Bu bəyanatın isə iki ünvanı var: Özgür Özel və Əkrəm İmamoğlu”.

Fotoda CHP sədri Özgür Özel və İstanbul meri Əkrəm İmamoğlu

Politoloq bildirib ki, Ankara lobbilərində Yavaşın 2028-ci ildə prezidentliyə namizəd olmaqda qərarlı olduğu, ilin sonunda CHP-dən ayrılacağı və seçkiyə qədər müstəqil bələdiyyə sədri olaraq davam edəcəyi iddia edilir. Bu layihə o qədər konkretləşib ki, hətta M.Yavaşın özündən sonra bu postda görmək istədiyi ad da bəllidir: Keçiören Bələdiyyəsinin rəhbəri Mesut Özarslan...

Fotoda Mesut Özarslan

Zafer Şahin onu da əlavə edib ki, hazırda M.Yavaşı CHP-də saxlayacaq yeganə siyasi aktyor partiyanın sabiq lideri Kamal Kılıçdaroğludur: “CHP-nin keçmiş lideri okey oyununda ən çox axtarılan dördüncü oyunçu kimidir.

Kimin masasında əyləşsə, onun oyunu oynanılacaq. Daha doğrusu, önü açılacaq. Məhz buna görə həm İmamoğlu, həm də Yavaşın gözü Kılıçdaroğludadır.

Beləliklə, 2028-ci ildə 3 namizədli prezident seçkilərinə hazır olun”.(Milliyet)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam