Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə nəticələr açıqlandı

10 sentyabr tarixində 2024/2025-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələrinin elan edilməsi başa çatıb.

Yenixeber.org xəbər verir ki, bu haqda Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müraciətçilərin nəticələri barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yerləşdirilib.

Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində uğurlu nəticə göstərən şəxslər 11-14 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu müəssisəyə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

Təhsil haqqında diplom;

Şəxsiyyət vəsiqəsi;

Sağlamlıq haqqında arayış;

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun qəbul olunduğu vakansiyadan imtina etməsi kimi qiymətləndirilir.Qeyd edək ki, müsabiqə çərçivəsində Bakı, Naxçıvan Muxtar Respublikası və regionlarda yerləşən peşə təhsili müəssisələri üzrə ümumilikdə 388 nəfər müsahibədə iştirak edib və 245 şəxs uğurlu nəticə göstərərək sənədlərini təqdim etmək üçün dəvət alıb. Təklif edilən vakansiya üzrə çalışmaqdan imtina edənlər olduğu təqdirdə ehtiyat siyahısında yer alan namizədlərə iş təklifinin edilməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam