Maduro həbs oluna bilər -RƏSMİ
Buenos Ayres Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna müraciət edərək Venesuela prezidenti Nikolas Maduronun həbsini istəyib.
Yenixeber.org: Bu barədə Argentina Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.
“İyulun 28-dən Venesuelada vəziyyətin pisləşməsi və bəşəriyyətə qarşı cinayət sayılan yeni əməllərin icrası fonunda Argentina Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu məhkəməyə qədər Palatadan Nikolas Maduronun həbsinə order verilməsini tələb etməyə çağırır”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, Argentina Venesuela hökumətinin digər liderlərinin də həbsinə çağırıb.