Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası yaradılıb, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri seçilib.
Yenixeber.org: Bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiya iclasında qərar qəbul edilib.
Sözügedən şura 11 nəfərdən ibarət olacaq.
Üzvlərin siyahısını təqdim edirik:
- Elm və Təhsil Nazirliyi Aşqarlar Kimya İnstitutunun icraçı direktoru Sucayev Əfsun Rəzzaq oğlu
- Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri Bilalov Bilal Telman oğlu
- Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutunun baş elmi işçisi Hüseynov Elçin Məmmədəli oğlu
- Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Əliyev Ələkbər Əli Ağa oğlu
- Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Babayev Qulam Rüstəm oğlu
- Elm və Təhsil Nazirliyi Mikrobiologiya İnstitutunun laboratoriya müdiri Baxşəliyeva Könül Fərrux qızı
- Elm və Təhsil Nazirliyi Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri Süleymanov Səftər Yusif oğlu
- Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun şöbə müdiri Axundova Nərgiz Çingiz qızı
- Əmək bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Süleymanov Elçin Bəhmən oğlu
- elm və təhsil nazirinin müşaviri Abızadə Azər Etibar oğlu.