Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

RAFAEL HÜSEYNOV HACIQABUL VƏ KÜRDƏMİR RAYONLARINDA ŞƏHİD AILƏLƏRİNİ ZİYARƏTLƏRİNİ DAVAM ETDİRIR -FOTOLAR

Yenixeber.org: Rafael Hüseynov Hacıqabul rayonunun Şorbaşı, Paşalı,, 2-ci Paşalı, Udulu, 2-ci Udulu, Tağılı, Qunbalı kənd sakinləri ilə görüşlərdən əvvəl və sonra bu kəndlərdəki bir sıra şəhid ailələrini, 14 şəhidin xatirəsinə həsr edilmiş kompleksi ziyarət etmiş, müxtəlif evlərdəki şəhidlərin xatirəsinə həsr olunan guşə və kiçik muzeylərlə tanış olmuşdur.
Rafael Hüseynov demişdir ki, hazırda “Hacıqabul şəhidləri” adlı tammetrajlı publisistik-sənədli film üzərində işləyir.
Materialları toplama mərhələsi başa çatdıqdan sonra filmin çəkilişlərinə başlanacaqdır.
Rafael Hüseynov Azərbaycan tarixinə adlarını qanları və yenilməz ruhları ilə həkk etmiş şəhidlərimizin rəşadət tarixçələrini gələcək nəsillərə parlaq nümunə kimi təqdim etmək üçün belə işlərin bütün ölkə miqyasında görülməsinin vacibliyini vurğulamışdır.
Şəhid ailələrinin daim dövlətimizin diqqətində olduğu və qayğısı ilə əhatə edildiyini söyləyən Rafael Hüseynov baş ucalığımız şəhidlərin xatirəsini yaşatmaq və salnamələşdirmək üçün hər kəsin öz mümkün töhfəsini verməli olduğunu diqqətə çatdıraraq deyib ki, Vətən torpağını düşmən istilasından xilas etmiş bu qəhrəman övladlara millət hər zaman minnətdar olacaqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam