Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

30 ildən sonra daha 7 şəhidimiz dəfn edildi -YENİLƏNİB/FOTOLAR

 

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhidlər Cavanşir Hüseynov və Tahir Şirinovun qalıqları ailələrinə təhvil verilib.

Yenixeber.org xəbər verir ki, hər iki şəhidin qalıqları bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.

Xatırladaq ki, Cəbrayıl rayonunun Doşulu kənd sakini Şirinov Tahir Şirin oğlu 23 oktyabr 1993-cü il tarixdə atası Şirinov Şirin Bilal oğlu, qardaşı Şirinov Nazim Şirin oğlu və dayısı oğlu Hüseynov Cavanşir Ərşad oğlu ilə birlikdə Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Nazim Şirinovun qalıqları iyunun 7-də Mehdiabaddakı Şəhidlər xiyabanında dəfn olunub.

***

Həmçinin qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Elman Hüseyn oğlu Camalov, Əbülfəz Əbülfət oğlu Əbilovun nəşi Mehdiabad qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Eləcə də Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Camaləddin İbad oğlu İbrahimovun nəşi Bakı şəhəri Əmircan kənd qəbiristanlığında, Qənbər Teymur oğlu Yarıyevin nəşi Salyan rayonu Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

İtkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalova isə Bərdə şəhər qəbiristanlığında dəfn olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam