Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dövlət Xidməti: Azərbaycana idxal edilən malların təhlükəsizlik ilə bağlı siyahısı hazırlanır

 

Azərbaycana idxal edilən malların təhlükəsizlik ilə bağlı tələblərə uyğunluğunu yoxlanılması üçün siyahısı hazırlanır.

Yenixeber.org xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Nəzrin Mirzəzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, siyahının tərtibi konkret mallar üzrə aparılır: "Siyahı təsdiq ediləndən sonra idxal edilən malların ölkədəki tələblərə uyğunluğu yoxlanılacaq.

Bizim üçün fərqi yoxdur ki, mal harada istehsal edilir. Bu məhsul istər Avropada, istər Asiyada və ya digər yerlərdə istehsal edilə bilər. Əgər qarşılıqlı tanınmaya dair beynəlxalq müqavilə yoxdursa, biz idxalçılar tərəfindən təqdim edilən uyğunluq sertifikatını tanımayacağıq. Bununla biz, Azərbaycan üçün təhlükəsizlik tələblərini müəyyən etməyi planlaşdırırıq".

N. Mirzəzadə əlavə edib ki, Azərbaycan üçün vahid tələblər olacaq: "Biz məhsulların ölkənin texniki reqlamentlərdəki tələblərə uyğunluğuna baxacayıq. Əgər mal onlara cavab verərsə sənəd veriləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam