Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ramil Usubov hesabat verdi

 

   Daxili İşlər Nazirliyi ötən il təhlükəsizlik sisteminin qurulmasına, rabitə və kommunal xidmətlər, avtomobilə qulluq, dərman ləvazimatları, tibbi avadanlıqlar, təmir və mebel təchizatı üçün 40 milyon manatdan çox vəsait xərcləyib. 

     "xeberinfo.com" nazirliyin rəsmi saytında istinadən xəbər verir ki, 2013-cü ildə nəqliyyat vasitələrinə xidmət 9 milyon manata başa gəlib. DİN-in rabitə xərcləri təxminən 900 min manat olub. Polis orqanları elektrik enerjisi istifadəsi üçün 2 milyondan artıq vəsait xərcləyib.

      Ölkədaxili və ölkəxarici rabitə xərcləri nazirliyə 1 milyon manata başa gəlib.

      DİN təhsil alan tələbələr üçün 431 min manat təqaüd ödəyib. “Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi”nin genişləndirilməsinə  5 milyon, Bakı və Sumqayıt şəhərlərində əlavə olaraq videomüşahidə kameralarının, “Nömrətanıma”, “Qırmızı işıq”, “Surətölçmə” və “Qoşa xətt” sistemlərinin quraşdırılmasına 3 milyon manat xərclənib.

       Nazirlik  “Təhlükəsiz şəhər avtomatlaşdırılmış idarəetmə sistemi”, “Elektron sənəd dövriyyəsi”, “102 polisə zəng mərkəzi sistemi”, “Kadr informasiya sistemi” və “İnzibati Xətalar sistemi” kimi layihələrə xidmət göstərilməsi xidmətinə 2 milyon manatdan artıq vəsait sərf edib.

     Daxili işlər orqanlarının Virtual Tədris Sisteminə qoşulması üçün avadanlıqların alınmasına isə 1 milyon manat xərclənib.

      DİN bildirir ki, ötən il Gəncə şəhərində videomüşahidə kameralarının quraşdırılması 800 min manata başa gəlib

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam