Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Kürdə axtarışlar davam edir -VİDEO

Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları davam etdirilir.

Yenixeber.org xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hazırda batdığı ehtimal olunan şəxslərin axtarışları FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən hava şəraitinin əlverişsiz olmasına baxmayaraq fasiləsiz şəkildə həyata keçirilir.

Xatırladaq ki, “VAZ-2107” markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilib. Bir nəfərin isə meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam