Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrakli Kobaxidze: "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır

 

Gürcüstanın baş naziri İrakli Kobaxidze "Xarici agentlər haqqında" qanuna qarşı aparılan kampaniyanı rüsvayçılıq adlandırıb.

Yenixeber.org xəbər verir ki, baş nazir bu barədə jurnalistlərə açıqlama verib.

"Hər bir ölkə öz suverenliyinə önəm verir. Kanadada, təbii ki, şəffaflıq haqqında qanunun qəbulu xarici təsirlərin qarşısının alınmasına və ölkənin suverenliyinin qorunmasına xidmət edir. Buna əsaslanaraq Gürcüstanda şəffaflıq qanununa qarşı aparılan kampaniya tam bir fars idi. Kanada nümunəsi bunun daha bir bariz təsdiqidir. Heç bir arqument olmadan qanunu tənqid etmək sadəcə olaraq rüsvayçılıqdır”, - İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, Kanada Senatı iyunun 19-da xarici müdaxiləyə qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təsdiqləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam