Ukraynalılarla bağlı mühüm qərar -AÇIQLAMA

Polşa Prezidenti Andjey Duda Ukraynadan olan qaçqınlara yardım haqqında qanuna dəyişiklikləri imzalayıb.
Yenixeber.org: Bu barədə ölkə Prezidentinin Aparatının mətbuat xidməti məlumat yayıb.
Qanuna edilən dəyişikliklər ukraynalı qaçqınlar üçün müvəqqəti müdafiə müddətini 30 iyun 2024-cü ildən 2025-ci il sentyabrın 30-dək uzadıb. Beləliklə, ukraynalılar tibbi xidmətlərdən, ailə və sosial müavinətlərdən yararlanmağa davam edəcəklər.
Həmçinin, uşaqların tərbiyəsi üçün müavinətlərin təyin edilməsi və ödənilməsi uşağın Polşa təhsil müəssisəsində təhsil alıb-almamasından asılı olacaq. Söhbət 800 zloti məbləğində və "Yaxşı Başlanğıc" proqramı çərçivəsində - məktəblilərin valideynlərinin məktəb əşyaları almaq və yeni dərs ilinə hazırlaşmaq üçün ildə bir dəfə aldığı 300 zlotılıq ödənişdən gedir.









AZ
RU