Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xocalıda ilk market “OBA” oldu - FOTOLAR

Xocalının ilk marketi “OBA” oldu - FOTO

Yaxın və qənaətli qonşu konsepsiyası ilə Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən "OBA” marketlər şəbəkəsi Laçın və Xocalıda filiallarını sakinlərin istifadəsinə verdi.

Yenixeber.org: 28 May – Müstəqillik Günü münasibətilə fəaliyyətə başlayan “Xocalı 1” filialı Xocalıda ilk market, “Laçın 1” filialı isə “OBA”nın Laçındakı ilk marketi oldu.

Həmçinin “OBA Xocalı 1” filialında təbiətin qorunması məqsədilə bərpa edilən enerji mənbəyi kimi günəş panellərindən istifadə ediləcək. Bununla da “OBA” elektrik enerjisinin alınmasına sərf edilən resursların istifadəsində qənaət əldə edəcək, nəticədə “OBA Xocalı 1” marketi yaşıl iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.

“OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova Müstəqillik Günündə, işğaldan azad edilmiş torpaqlarda olmağın qürur və sevincini media ilə bölüşüb: “OBA” marketlər şəbəkəsi xalqın yaxın, qənaətli qonşu marketi olaraq yurdun 4 bir yanında, ən əsası isə bu gün düşmən işğalından azad olmuş torpaqlarda xidmət göstərməkdən və yerli istehsalçıların məhsullarını xalqımız üçün əlçatan etməkdən qürur duyur”.

Qeyd edək ki, əhalinin ərzaq və gündəlik tələbat məhsullarına olan ehtiyacını qarşılamaq üçün istifadəyə verilən "OBA” market filialları bundan sonra daimi şəkildə Laçın və Xocalıda fəaliyyətdə olacaq.

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi 8000-dən çox əməkdaşı ilə yurdumuzun hər obasında xalqımıza xidmət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam