Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ÜST Assambleyası Cenevrədə pandemiya sazişi üzrə irəliləyişi nəzərdən keçirəcək

 

Ümumdünya Səhiyyə Assambleyası İsveçrənin Cenevrə şəhərində keçirilən 77-ci sessiyasında (27 may - 1 iyun) 2025-2028-ci illər üçün iş proqramının layihəsini, vərəm və poliomielit xəstəliyinin aradan qaldırılması strategiyasını, diqqətdən kənarda qalan tropik xəstəliklərlə mübarizə üzrə yol xəritəsini, dəyişən iqlim şəraitində sağlamlığın qorunması tədbirləri və digər aktual məsələləri nəzərdən keçirəcək.

Yenixeber.org xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əsas illik forumuna dəvət olunmuş 194 dövlətin nümayəndələrinin diqqəti həmçinin pandemiyanın qarşısının alınmasına dair saziş üzrə 2021-ci ildən davam edən işlərə yönələcək.

ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus assambleya ərəfəsində bildirib ki, ÜST üzvləri 7 milyondan çox insanın həyatına son qoyan COVID-19 epidemiyasının yaratdığı çağırışlara cavab vermək üçün “çox böyük səylər göstəriblər”. Koronavirus pandemiyası hər kəsə təsir edib, buna görə də ÜST-yə üzv ölkələr “dünyanın növbəti pandemiyaya daha yaxşı hazır olmasına yönəlmiş sazişin hazırlanması prosesinə başlayıblar”. ÜST başçısı “bu danışıqlarda böyük irəliləyiş əldə edildiyini” qeyd edib, eyni zamanda “hələ də aradan qaldırılmalı olan problemlərin” mövcudluğuna diqqət çəkib.

“Bizə başladığımız işi başa çatdırmaq, yəni dünyaya pandemiya ilə mübarizə sazişi təqdim etməyə enerji verməsi üçün Ümumdünya Səhiyyə Assambleyasına ehtiyacımız var”, – o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam