Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şəhid ailəsi üzvü olan -10 tələbə Şimali Kiprə göndəriləcək

 

Mayın 22-də “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” adlı konfrans keçirilib.

Yenixeber.org xəbər verir ki, konfrans Azərbaycanın Dövlət Himninin və Türkiyənin “İstiqlal Marşı”nın səsləndirilməsi, Türk dünyası şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar konfrans iştirakçılarına videomüraciət ünvanlayıb.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bildirib ki, qardaş Şimali Kipr Türk Cümhuriyyətindən ilk dəfə şəhid ailələrinin Azərbaycana səfəri iki ölkə arasında uğurla inkişaf edən əlaqələrdə mühüm körpüdür. O, layihəyə dəstək verdiyi üçün Qeyri-Hökumət Təşkilatlarına (QHT) 
Dövlət Dəstəyi Agentliyinə təşəkkür edərək deyib: “Türk dünyası ilə əlaqədar getdikcə genişlənir. Biz bir ailəyik, kökümüz, dilimiz, dinimiz, yolumuz eynidir. Birlikdə daha güclüyük. Şəhidlərimiz də bir-birimiz üçün müqəddəsdir. Onları sonsuz sevgi, hörmət və ehtiramla anırıq”.

Son vaxtlar nümunəvi QHT layihələrinin bir-birini əvəz etdiyini bildirən Sevinc Alızadə vurğulayıb ki, bu, Azərbaycanda vətəndaş cəmiyyətinin həyatında yeni inkişaf mərhələsinə keçidə işarədir.

Şimali Kiprin Şəhid Ailələri və Qazilər Dərnəyinin sədri Gürsel Benan bildirib ki, belə ortaq layihələr şəhid ailələrinin sevincini artırır, kədərini azaldır.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanova Türk dünyasının haqlı olaraq qəhrəman övladları ilə fəxr etdiyini vurğulayıb. 

Şimali Kipr Prezidentinin QHT-lərlə əlaqələr üzrə müşaviri Latif Akça iki qardaş ölkə arasında münasibətlərin inkişafında QHT-lərin vacib rol oynadığını qeyd edib.

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan-ŞKTR Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, deputatlar Ceyhun Məmmədov, Fatma Yıldırım və Tamam Cəfərova və digərləri çıxışlarında bu kimi tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Tədbirin sonunda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə Şimali Kipr Türk Respublikasının İstanbul Texniki Universitetinin Şimali Kipr filialı və “Amerikan Girne Universiteti” arasında əməkdaşlıq protokolları imzalanıb.

Bu protokollar bu ilin iyul ayında Azərbaycandan 10 nəfər şəhid övladının İstanbul Texnik Universitetinin Şimali Kipr filialında, 20 nəfər şəhid övladının isə Amerikan Girne Universitetində 14 gün yay məktəblərində iştirakını nəzərdə tutur. Azərbaycandan olan şəhid övladlarının yay məktəbləri üçün bütün xərcləri qeyd edilən ali məktəblər ödəyəcək.

Heyətin tərkibində iştirak edən İstanbul Texnik Universitetinin Şimali Kipr filialının rektoru Dursun Koç, Girne Amerikan Universitetinin dekanı Boğaçhan Bayülken Qarabağın azadlığa qovuşmasının bütün Türk dünyasını fərəhləndirdiyini bildiriblər.

Qeyd edilib ki, şəhid ailələrindən ibarət heyət Azərbaycana səfər çərçivəsində, həmçinin Şamaxı, Şuşa, Xocalı və Ağdamda da olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam