Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində Kirantsa yeni yol çəkiləcək

 

Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndinə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası çərçivəsində yeni yol çəkiləcək.

Yenixeber.org xəbər verir ki, Ermənistanın baş nazirinin administrasiyasının rəhbəri Araik Arutyunyan sosial şəbəkələrdə Kirants-Açarkut yolunun yenidən qurulmasına başlandığını bildirib.

“Dünən Kirants-Açarkut yolunun bərpası üzrə işlərə start verilib. Yol beynəlxalq standartlara uyğunlaşdırılacaq”, - o yazıb.

Vurğulanıb ki, yol genişləndiriləcək və yük maşınlarının gediş-gəlişi təmin ediləcək. Bərpa işləri iki ay ərzində başa çatdırılmalıdır.

Daha əvvəl Ermənistanın Tavuş rayonunun Kirants (Güney) kəndində artıq sərhəd dirəklərinin quraşdırıldığı bildirilmişdi.

Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşün yükununda tərəflər Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin birgə tərtib olunmuş Protokol-təsvirinin razılaşdırılması üzrə müvafiq protokol imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam