Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək

Azərbaycanda ilkin mərhələdə illik 4 000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Yenixeber.org xəbər verir ki, imzalanma mərasimi 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri çərçivəsində baş tutub.

"Azərbaycan İnvestisiya Şirkəti" ASC, İsrailin "Granot International Agricultural Cooperative Society" LTD və "Agro Food Investments" MMC arasında ilkin mərhələdə 1 000 hektarlıq zeytun bağının salınması və illik 4 000 ton istehsal gücündə müasir zeytun yağı emalı zavodunun qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Məlumata görə. qabaqcıl texnologiyalar əsasında reallaşdırılacaq layihənin icrası rəqabətqabiliyyətli məhsul istehsalına və ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək. Layihə çərçivəsində 50-yə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam