Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş- FOTO

 

Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarının birinin qarşısında avtomobil 2 qadını vurub, nəticədə onlardan biri dünyasını dəyişib.

Yenixeber.org-un məlumatına görə, qəzada vəfat edən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva təhsil sahəsində tanınmış şəxs imiş. Uzun illər pedoqoji fəaliyyət göstərmiş G.Əfəndiyeva 2012-2024-cü illərdə Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl vəzifədən azad edilibmiş.

Qəzada ağır xəsarət alan Kəmalə Bağırovanın da həmin təhsil kompleksində çalışdığı bildirilir.

Qeyd edək ki, hadisə dünən saat 22:40 radələrində baş verib. Cavad Ələkbərov idarə etdiyi “Kia” markalı avtomobillə “Altun” şadlıq sarayındakı toy mərasimindən çıxaraq yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı vurub.

Ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılan qadınlardan G.Əfəndiyeva az sonra vəfat edib. K.Bağırovanın müalicəsi davam etdirilir.

Faktla bağlı Nizami RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam