Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Avroviziya”ya bu ölkənin bayraqları ilə giriş qadağan edildi

 

Mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya 2024” mahnı müsabiqəsinə Fələstin bayrağı ilə gələnlərin içəri buraxılmayacağı açıqlanıb.

Yenixeber.org xəbər verir ki, bu haqda Avropa Yayım Birliyi açıqlama yayıb.

Bildirilib ki, Malmö Arenaya Fələstin bayrağı və ya siyasi mesaj daşıyan pankartla girməyə cəhd edənlər dayandırılacaq və əllərindəki əşyalar götürüləcək.

İsveç Fələstin Qrupundan verilən açıqlamada İsrailin mayın 11-də  “Avroviziya 2024”də iştirakına qarşı Malmödə etiraz aksiyası keçiriləcəyi bildirilib.

İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmö Polis İdarəsinin sözçüsü Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini deyib.

Nümayişlər zamanı hər hansı insidentin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görəcəklərini qeyd edən Norling, Norveç və Danimarkadan polis qruplarının dəstək üçün Malmöyə gələcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam