Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Balakəndə narkokuryer saxlanıldı - FOTOLAR

Lənkəranlı narkokuryer Balakəndə saxlanılıb  - FOTO

      Lənkəran sakini Balakəndə 10 kiloqram narkotiklə saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyri-leqal yollarla ölkə ərazisində göndərilən külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Tədbirlər nəticəsində Lənkəran şəhər sakini İslam Məmmədov saxlanılıb.

Ondan 10 kiloqram marixuana və 150 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxs İran vətəndaşı tərəfindən maddi gəlir qarşılığında narkokuryerliyə cəlb olunduğunu bildirib. İ.Məmmədovun əvvəllər də dəfələrlə narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə İ.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Son 1 ay ərzində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 10 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam