Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransa Ermənistana elə hərbi texnika verir ki... -Səfir şok detalları AÇIQLADI

 

Fransa Ermənistana elə hərbi texnika verir ki, onu başqaları ala bilmir.

Yenixeber.org xəbər verir ki, bunu Fransanın Ermənistandakı səfiri Olivier Dekotiqni özünün "X" hesabında yazıb.

Səfir "Politico" nəşrində dərc olunan Fransa radarları barədə məqaləni də paylaşıb. Məqalədə “Thales” şirkəti tərəfindən istehsal olunan və Ermənistana da tədarük ediləcək “Ground Master 200” və digər radarlar haqqındadır.

Məlumata görə, Fransa sözügedən radarların üçüncü Ermənistana, birini isə Moldovaya tədarük edəcək.

Nəşr nazır ki, Parisdən 50 kilometr cənubda, Limurda yerləşən və “Thales” şirkətinə məxsus olan zavod “Ground Master” adlanan və hava məkanının müşahidəsi üçün nəzərdə tutulan müasir avadanlıqların istehsalı ilə məşğuldur. Bildirilib ki, şirkətin ən böyük sifarişçisi Fransa dövlətidir.

Radarlar hava təhdidlərini aşkar etmək və reaktiv qırıcıları, raketləri və helikopterləri müəyyən etmək üçün nəzərdə tutulub. Sistem, həmçinin dronları quşlardan ayırmağa imkan verən yeni xüsusiyyətlərə malikdir.

Qiyməti 30 milyon avro civarında olan bu qurğu 250 kilometrdən 500 kilometrədək olan məsafədəki hədəfləri aşkarlaya bilir. Ondan bir sinif aşağı olan “GM-200” isə 350 kilometrədək məsafədə yerləşən obyektləri müəyyən edir. Şirkətin müştəriləri arasında Ukrayna, İndoneziya və Mərakeş də daxil olmaqla 40 dövlətin adı çəkilir.

Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə bir müddət əvvəl Ermənistana səfər edib. Səfər zamanı Ermənistan hərbçilərinin hava hücumundan müdafiə sahəsində hazırlığı, zirehli texnikakarın tədarükü müzakirə olunub.

"Le Figaro" qəzeti yazır ki, Ermənistana radarlarla yanaşı "Safran" şirkəti tərəfindən istehsal olunan gecəgörmə qurğuları və "Mistral" hava hücumundan müdafiə sistemləri tədarük ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam