Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Arvadını öldürən Ramiz Taxveli vəfat etdi-FOTOLAR

 

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxveli vəfat edib.

Yenixeber.org-un məlumatına görə, Taxveli bu yaxınlarda müalicə aldığı psixatriya xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. 

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

Adelya Taxveli mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsi idi.

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam