Redaktor seçimi
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Deputatlığa namizəd Məşhur Məmmədovun Nyu-Yorkda milyonluq villası:
"Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... -
“Nurlu Karqo”nun Nursuz Oyunları -
Günün xəbəri

Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb

 

Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərin son durumu açıqlanıb. 

Yenixeber.org xəbər verir ki, rayonun Bəyimsarov kənd sakini, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu üzündən, sağ bazunun və döş qəfəsinin sağ hissəsindən çoxsaylı qəlpə yarası alıb.

Tərtərin Kəbirli kənd sakini, 1992-ci ildə anadan olmuş Tağızadə Arzuman Əhliman oğluna sağ bazu oynağının və boyunun açıq yarası diaqnozu qoyulub. Bundan başqa, o, sağ yuxarı ətrafın çoxsaylı, üzün çoxsaylı qəlpə yarası alıb.

Tərtər rayon Sarov kənd sakini, 2006-cı il təvəllüdlü Bağırov Elmin Elnur oğlunun hər iki ayağı amputasiya edilib. Ona eyni zamanda, sol əlin qəlpə yaraları diaqnozu qoyulub.

Hər üç şəxs mal-qara otaran zaman minaya düşüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam