Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hamı ondan danışır... - Ərbakan kimdir?- FOTOLAR

 

Martın 31-i Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərində Yenidən Rifah Partiyası (YRP) topladığı səslərin nisbəti ilə diqqət çəkib.

Yenixeber.org xəbər verir ki, 6 faizdən çox səs toplayan YRP seçkilərdə ən çox səs yığan üçüncü partiya olub.

Partiya 2 vilayət, o cümlədən 1 böyük şəhər, eləcə də 69 rayon və qəsəbə bələdiyyələrində qələbə qazanıb. Elə əyalətlər var ki, YRP qalib gəlməsə də, seçkinin nəticələrinə birbaşa təsir edib.

Bu məqamda bütün diqqət partiyanın lideri Fatih Ərbakana yönlənib. Bəs Ərbakan kimdir?

45 yaşlı Muhammed Ali Fatih Ərbakan Türkiyə Cümhuriyyətinin 23-cü baş naziri, Rifah Partiyasının lideri Nəcməddin Ərbakanın oğludur. O, Türkiyə Böyük Millət Məclisinin 28-ci dövr İstanbul millət vəkilidir, həmçinin Ərbakan Vəqfinin Qəyyumlar Şurasının sədri vəzifəsini də icra edir.

Rifah Partiyasının davamı olaraq 2018-ci ildə qurulan və ifrat sağ siyasi baxışa malik YRP hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) səslərinin parçalanmasında mühüm rol oynayıb

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam