Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şuşada işçilərin maaşını verməyən "MT Construction" şirkət cərimələndi -20 min

"MT Construction" tikinti şirkəti Şuşa şəhərinin "Dəmir Yumruq" küçəsində yerləşən yaşayış binalarında insanları işə cəlb edib, maaşlarını vermədiyi üçün cərimələnib. 
Yenixeber.org: Məlumata görə, "MT Constructıon" MMC tikinti işlərinə 10-a yaxın şəxsi rəngsaz-suvaqçı kimi işə cəlb edib. İşçilərlə əmək müqaviləsi bağlanılmayıb və üstəlik gördükləri işə görə ödəniş edilməyib.
İsmayıl Murulov, Əhməd Əhmədov, Rəhim Nüfərov, Namazəli Balayev, Məhəmməd Qaflanov, Abdulla Şəhriyev və Bəhri Əhmədov ad-soyadlı işçilər bununla bağlı Şuşa Rayon Prokurorluğuna şikayət ediblər. 
 
Aparılan araşdırma zamanı fakt təsdiqləndiyindən müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) və 198.3-cü (Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib. 
Məhkəmənin qərarı ilə "MT Construction" MMC-nin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20.000 min manat məbləğində cərimə edilib.
 
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan "MT Construction" MMC-nin qanuni təmsilçisi Məmmədov Ruslan İsmixan oğludur.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam