Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

İcra başçısının qardaşı oğluna -HÖKM OXUNDU

 

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenixeber.org xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Azay Qaraşov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə ötən il iyulun 26-da Kürdəmir rayonunun Pirəköcə kəndində baş verib. 1975-ci il təvəllüdlü Azər Qaraşovun odlu silahdan açılan atəş nəticəsində ölməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə Azər Qaraşovun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini iddia edirdi.

Daha sonra əməliyyat tədbirləri ilə Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb
Azay Qaraşova qarşı Cinayət Məcələsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam