Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Marketə də birgə gedirdilər -Qaraşovu öldürən oğlu ilə bağlı AÇIQLAMA

 Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətlə yetirildiyi məlum olub. Polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətin üstü açılıb və Azər Qaraşovun oğlu Azay Qaraşov atasını ov tüfəngi ilə öldürməkdə şübhəli bilinərək saxlanılıb. 

Yenixeber.org: Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb. 

İlkin olaraq hadisənin intihar olduğu bildirilirdi. Qaraşovlar ailəsi isə onun ehtiyatsızlıq səbəbindən aldığı güllə yarasından vəfat etdiyini deyirdi. Lakin hadisədən bir neçə gün sonra Azər Qaraşovun oğlu tərəfindən qətlə yetirilməsi faktı üzə çıxıb.  

Cinayətin səbəbi hələlik məlum deyil. 

Rəsmi məlumatda bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi istintaq olunur. 

"Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən istintaqı aparılan cinayət işi barədə rəsmi quruma istinad edilmədən və dəqiqləşdirilmə aparmadan məlumatların yayılmaması xahiş olunur", - Prokurorluq mediaya çağırış edib. 

Modern.az-ın əməkdaşı cinayətin səbəbini öyrənmək üçün hadisənin baş verdiyi Kürdəmir rayon Pirəköçə kənd bələdiyyəsinin sədri Qalib Abbasovla əlaqə saxlayıb. O bildirib ki, Azay Qaraşovun atasını öldürməsi barədə xəbər hər kəsi təəccübləndirib: 

"Azər Qaraşovun oğlu ilə münasibətlərinə qibtə edirdik. Mərhumla oğlu arasında hansısa problemin olması barədə məlumatlı deyiləm. Sadəcə deyə bilərəm ki, onlar həmişə bir yerdə olurdular. Marketə də birlikdə gedirdilər. Yolda, məclisdə bir yerdə görürdük. Mehriban idilər. Qibtə etdiyimiz ata-oğul münasibətləri vardı". 

Bələdiyyə sədri Azay Qaraşovun işsiz olduğunu söyləyib: 

"Azay orta təhsilli idi. Heç yerdə işləmirdi. Atasının yanında olurdu. Mərhumun özü isə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının Pirəköcə kəndi üzrə sədri idi. 2005-2009-cu illərdə Pirəköcə bələdiyyə sədri olub. Sakinlərlə də münasibəti normal idi, problemli ailə deyil. Niyə belə bir hadisə baş verib, heç kim bilmir. Yəqin ki, istintaq araşdırmasından sonra bütün həqiqətlər üzə çıxacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam