Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Türkiyə seçkiləri: Qızğın siyasi rəqabətin yaşanacağı 7 VİLAYƏT

 

Məlum olduğu kimi, 31 martda Türkiyədə bələdiyyə seçkiləri baş tutacaq. Siyasi partiyalar arasında rəqabət hər zaman keçərli olsa da, bir çox regionlarda tarixən hansı qüvvələrin güclü olduğu, ənənəvi olaraq hansı ideoloji kəsimin harada əksəriyyəti təşkil etdiyi - kimin qalib gələcəyi öncədən rahatlıqla proqnozlaşdırılır. Əsas rəqabət isə böyük şəhərlərdə gedir.

Yenixeber.org: Bununla belə, bir sıra digər vilayətlərdə siyasi rəqabətin kəskinliyi özünü seçkilərdə namizədlərin səs fərqləri arasındakı cüzi fərqlə göstərir. Məsələn, ötən seçkilərə - 2019-cu ildə keçirilən yerli seçkilərə nəzər yetirdikdə bir neçə vilayətdə 1 faizdən az səs fərqi ilə bələdiyyə sədrlərinin seçildiyi aydın olur.

İSTANBUL - səs fərqi: 0,17 faiz

2019-cu il seçkilərində Türkiyənin ən böyük vilayəti olan İstanbulda ən rəqabətli seçi yarışı müşahidə olundu. Ali Seçki Komissiyasının (YSK) məlumatına görə, seçkidə qalib gələn müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Ekrem İmamoğlu cəmi 13 729 səs fərqi ilə ikinci yeri tutan Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binali Yıldırımı geridə qoymuşdu. Beləliklə, səs nisbətləri arasındakı fərq 0,17 faiz təşkil edirdi.

AKP-nin etirazları nəticəsində YSK İstanbulda seçkilərin (yalnız böyükşəhər bələdiyyəsinin sədrliyi üçün) təkrarlanmasına qərar verib. Qərara səbəb kimi “məntəqə seçki komissiyasının sədri və üzvlərinin dövlət məmuru olması tələbinə əməl edilməməsi” göstərilib. 11 üzvündən 7-si qərarı dəstəklədiyi halda, ovaxtkı YSK sədri Sadi Güven də daxil olmaqla 4 üzv qərarın əleyhinə səs vermişdi. Seçki təkrarlananda səs fərqi 860 mini keçərək 9,2 faizə çatdı. Lakin qalib dəyişmədi, İmamoğlu yenidən seçildi.

Builki seçkilərdə 2019-cu ildə namizəd irəli sürməyərək Millət İttifaqı çərçivəsində İmamoğlunu dəstəkləyən İYİ Partiya, habelə DEM Partiya (ovaxtkı HDP) namizəd çıxarıb. Bunun İmamoğlunun işini çətinləşdirəcəyi hesab edilir. Cümhur İttifaqındakı Milliyyətçi Hərəkat Partiyası (MHP) bu dəfə də namizəd irəli sürmədən AKP-nin namizədi Murat Kurumu dəstəkləyib.

Son prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyərək ittifaqa daxil olan Yenidən Rifah Partiyası (YRP) isə AKP ilə razılığa gələ bilməyib öz namizədini irəli sürüb. Necmettin Erbakanın kürəkəni, YRP lideri Fatih Erbakanın böyük bacısı Elif Erbakanın həyat yoldaşı Mehmet Altınöz namizəd göstərilib ki, o, partiyada kifayət qədər nüfuzlu şəxsdir.

KIRKLARELİ - səs fərqi 0,25 faiz

Ötən seçkilərdə Kırklareli MHP-nin Trakiya bölgəsində qazanmağa ən çox yaxın olduğu vilayət idi. AKP-nin namizəd irəli sürmədən dəstək verdiyi MHP-nin namizədi Derya Bulut 16 920 səs toplamışdı. Lakin əvvəlki sədr - CHP tərəfindən təzədən namizəd göstərilməyən Mehmet Siyam Kesimoğlu bitərəf olaraq qatıldığı seçkidə rəqibindən 112 səs çox toplayaraq qalib gəlmişdi. Bu, 0,25 faiz fərq deməkdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam