Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi” -Əməkdar artist

 

“Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitini Dnepr çayına atmışdılar. Hərdən görürsən ki, dünya malı da insanın özünə düşmən olur”.

Yenixeber.org xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu verilişlərin birində deyib.

Qarmon ifaçısı kürəkəninin qətlə yetirilməsindən danışıb:

“Qızım Ülkər qətlə yetirilən ərindən dünyaya uşaq gətirdi. Onun bir oğlan övladı oldu. Amma bağırsaq keçməzliyi var idi. O bir müddət xəstəxanada qaldı. Uşaq bir müddət sonra vəfat etdi. Elə bil ki, kürəkənimin 40 mərasimi keçirilən gün nəvəmin çantanın içində meyitini evə gətirdilər.

Kifir ol, amma bəxtin olsun. Gözəllik də hər zaman insana xoşbəxtlik gətirmir. Deyirlər ki, gözəl qızın və ya qadının başı hər zaman tüstülü olar. Qızım Ülkər ər və uşağının itkisindən dərin sarsıntı keçirdi. Onu bu vəziyyətdən çıxarmaq üçün pirlərə, məscidlərə apardım. Qızımı 17 yaşında ərə verdim. O uşaq ikən ailə qurub. Evdə birinci gəlin o olub. Həyatdır, nə yatdı ki, nə də yuxu görsün”. (Axşam.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam