Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyan Şarl Mişellə Ermənistan -Azərbaycan danışıqlarını müzakirə etdi

 

Brüsseldə keçirilən Nüvə Enerjisi Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası İttifaqının prezidenti Şarl Mişellə görüşüb.

Yenixeber.org xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Həmçinin Ermənistan-Azərbaycan sülh prosesi, 14 may və 15 uyul 2024-cü il tarixində Brüsseldə keçirilmiş Mileş-Paşinyan-Əliyev üçtərəfli görüşləri nəticəsində əldə olunan razılaşmaların həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Tərəflər qeyd ediblər ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanımalı, Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi Alma-Ata Bəyannaməsi əsasında həyata keçirilməli, regional infrastrukturlar Ermənistan və Azərbaycanın suverenliyi və yurisdiksiyası altında, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında həyata keçirilməlidir.

Ermənistanın baş naziri qeyd olunan sazişlərə sadiqliyini bir daha təsdiqləyib və özünün qondarma “sülh kəsişməsi” layihəsini təqdim edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam