Ceyhun Bayramov Türkiyəyə getdi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb.
Yenixeber.org: Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda iştirakı, “Türk dünyasında institusionallaşma: 21-ci əsrdə Türk Dövlətləri Təşkilatı” panelində çıxışı, eləcə də çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.









AZ
RU
