Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ceyhun Bayramov Antalyaya niyə gedib –İstirahətə, yoxsa işləməyə?


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalyaya gedib. 
Yenixeber.org: XİN bu barədə məlumat yayıb.
Yayın bu cıracırında Antalyaya gedənlər əsasən Ağ dəniz sahillərində yayın ləzzətini çıxarmağa çalışırlar. Amma nazir həmin sanatoriya mərkəzinə keyfə yox, diplomatik fəaliyyətlə məşğul olmağa gedib. Lap məşhur şairlərimizdən birinin dediyi kimi:
 
“Məcnun dərd əlindən dağa çıxdı,
Dedilər: “bəxtəvər yaylağa çıxıb”.
 
Məlumata görə, nazir Ceyhun Bayramovun səfərinin məqsədi Antalya Diplomatiya Forumunda iştirak etməkdir. Onun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.
 
Bəs, Antalya Diplomatiya Forumu nədir, nə məqsədlə keçirilir?
 
Ovqat.com-un məlumatına görə, ötən ildən etibarən Türkiyənin təşəbbüsü ilə təsis olunan bu forum dünyanın hər yerindən dövlət və hökumət başçıları, xarici işlər nazirləri, regional və beynəlxalq təşkilatların nümayəndələri, iş və fikir adamlarını, alimləri bir araya gətirmək üçün nəzərdə tutulub.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və ölkənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun ev sahibliyi ilə keçirilməsi planlaşdırılan forum dünya gündəmindəki ən əhəmiyyətli regional və qlobal məsələlərinin həll mərkəzi kimi fəaliyyət göstərməyi qarşısına məqsəd qoyub. Xarakter etibarilə Davos platformuna bənzəyən forumda ötən il koronavirus pandemiyasının yayılması səbəbindən video-konfrans şəklində keçirilmişdi. Bu il isə sabahdan başlayaraq iyunun 20-nə qədər davam etməsi planlaşdırılan forumun  mövzusu "İnnovativ Diplomatiya: Yeni Dövr, Yeni Yanaşmalar” olacaq.
 
Builki forumda 12 dövlət və hökumət başçısının, 47 xarici işlər nazirinin, ümumilikdə isə 1300 qonağın iştirakı gözlənilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da foruma qatılacağını bildirilir.
 
İldə bir dəfə keçirilməsi planlaşdırılan forumun bundan sonrakı tədbirlərinin iyun ayında deyil, mart ayında keçirilməsi nəzərdə tutulur. 
 
Qısası, Xarici İşlər naziri Ceyhun Bayramov gələcəyin ən önəmli fikir platforması olmaq iddiası ilə ortaya çıxan beynəlxalq tədbirin ilk canlı iştirakçısı adını qazana bilər. Odur ki, istirahət mövsümündə işləyə-işləyə tər tökməyə dəyər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam