Rusiya-Ukrayna müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən itkin düşənlərin sayını açıqlayıb.
Yenixeber.org: Bununla bağlı BQXK yazılı açıqlama yayıb.
Açıqlamada Rusiya-Ukrayna müharibəsi səbəbiylə 23 min adamın itkin düşdüyü qeyd edilib və bu itkinlərin əsir götürüldüyü, öldürüldüyü və ya evlərini tərk etdiyi bildirilib.
İtkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün araşdırmaların aparıldığı qeyd edilib.









AZ
RU
