Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ötən ay 22,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

 

Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1098 cinayət faktı aşkarlanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar ayının yekununa dair məlumatında deyilir.

Bildirilib ki, onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 831 kq 021,607 qr narkotik vasitələrin və psixotrop maddələrin 86 kq 213,9 qr-nı heroin, 681 kq 712,79 qr-nı marixuana, 16 kq 104,876 qr-nı tiryək, 22 kq 833,55 qr-nı həşiş, 23 kq 078,491 qr-nı psixotrop maddələr, 1 kq 078,255 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 69,2 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

2024-cü ilin yanvar ayrı ərzində qanunsuz dövriyyədən götürülmüş 831 kq 021,607qr narkotik vasitələrin vəpsixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 476 min AZN kimi qiymətləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam