Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Prorektorun qətlini sifariş edən rektorun məhkəməsində şahidlər -DANIŞDI

 

“Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenixeber.org xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Təqsirləndirilən Samir Quliyevin anası Məlahət Quliyeva bildirib ki, oğlunun heç bir günahı yoxdur: “Samir oğlumdur. Dəyanət Quliyev isə yaxın qonşumuz olub. Mənim oğlum heç bir cinayət törətməyib. Təqsirləndirilən Dəyanət Quliyev tutulandan xeyli sonra Samirin narahat olduğunu gördüm. Səbəbini ondan soruşduqda dedi ki, bu hadisəni mən törətmişəm. Mənə hadisənin təfərrüatlarını danışdı. Öz növbəmdə onu tənbeh etdim. Bildirdi ki, Dəyanət bu işi törətməyə görə Samirə ev verəcəyini və həmişə maddi sıxıntılarını qarşılayacağını söz verib. Lakin Dəyanət Quliyev bu vədlərin heç birini yerinə yetirmədi".

Şahid Mirdamət Tanrıverdiyev bildirib ki, Tariyel Əhmədovla çox yaxın münasibətləri olub: "Onunla sonuncu dəfə telefonla danışmışam. Həmişə bağ evinə gələrdi dərdləşərdik. O işindəki ab-hava ilə bağlı narazılıq edirdi. Deyirdi ki, sözümə baxmırlar. Hadisəni mənə mərhumun kürəkəni Babək məlumat verdi. Hadisə yerinə gəlib gördüm ki, bu yıxılmağa oxşamır, çünki üz-gözü qan içində idi ".

Proses fevralın 21-də davam etdiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam