Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsil İnstitutu vakansiya elan edib

Təhsil İnstitutu Layihələrin idarə olunması şöbəsinə aparıcı mütəxəssis vakansiyası elan edib.

Yenixeber.org xəbər verir ki, İnstitutun Layihələrin idarə olunması şöbəsi xarici ölkələr, yerli və beynəlxalq qurumlar və donorlarla əməkdaşlıq çərçivəsində fəaliyyətlərin təşkilinə məsul olaraq bu istiqamətdə layihə təklifləri verir və təşəbbüsləri idarə edir, layihələrin koordinasiyası, əlaqələndirilməsi və icrasına nəzarəti, eləcə də şöbənin fəaliyyətinə uyğun olaraq digər funksiyaları həyata keçirir.

Vəzifə öhdəlikləri:

• Layihə təkliflərinin hazırlanması və həyata keçirilməsi;
• Layihələr üzrə görülən tədbirlərin müvafiq struktur bölmələr ilə koordinasiya edilməsi;
• Layihələr üzrə məlumatların təhlili və hesabatların tərtibi;
• Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi və işlənməsinə dəstək;
• Təhsil tədqiqatlarının aparılması;
• Tapşırılan digər fəaliyyətlərin icrasının həyata keçirilməsi.

Tələblər:

• Ali təhsil;
• Təhsil, sosial və ya biznes sahələrində müxtəlif miqyaslı və əhəmiyyətli layihələrin idarə edilməsi üzrə iş təcrübəsi (könüllü fəaliyyət də nəzərə alınır);
• Təhsil sahəsi üzrə biliklər;
• Analitik və tənqidi düşünmə bacarığı;
• Rəqəmsal bacarıqlar;
• Komanda ilə iş bacarığı;
• Müstəqil tədqiqat bacarıqları;
• Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
• İngilis dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (IELTS, TOEFL və ya digər beynəlxalq dil sertifikatı arzuolunandır);
• Yeniliyə və peşəkar inkişafa açıqlıq;
• Təhsil sahəsində işləmək həvəsi.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 15.02.2024-cü il tarixinədək CV-lərini və maraq və motivasiyalarını ifadə edən müşayiət məktubları  [email protected] elektron poçt ünvanına “Ad Soyad Aparıcı mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.

Yalnız müvafiq tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam