Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Macarıstandan Ukraynaya dəstək:Avropa Sülh Fondunda artıma veto qoymayacaq

Aİ Ukraynaya Macarıstanın vetosunun öhdəsindən gəlməyə kömək etmək üçün B  planını hazırlayır - Editor.az

Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunda artıma veto qoymayacaq.

Yenixeber.org: Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto VRT telekanalına müsahibəsində deyib.

Siyarto vurğulayıb ki, Avropa Komissiyası Aİ ölkələrinə Kiyevə silah tədarükünü kompensasiya etmək üçün bu il Avropa Sülh Fondunun 5 milyard avro artırılmasını təklif edib.

"Bizim üçün silah tədarükü qırmızı xətt olduğundan, bu məsələdə iştirak etməyəcəyik. Ancaq Macarıstan başqalarının bunu etməsinə mane ola bilməz və olmayacaq", - o deyib.

O, həmçinin bildirib ki, Macarıstan Avropa İttifaqının Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı göndərmək qərarından razıdır. Nazir qeyd edib ki, Ukraynaya göndərilən vəsaitlərin xərclənməsinə nəzarət mexanizminin yaradılması, habelə Macarıstana borclu olan avrofondlardan bloklanmış vəsaitlərin toxunulmazlığının təmin edilməsi Budapeşt üçün vacib idi. Siyarto bu şərtlərin hər ikisinin yerinə yetirildiyinə əmin olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam