Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İranda əsgər 5 hərbçini niyə öldürdü? -İranlı ekpert

 

Dünyanın bir çox ölkəsində əsgər vətənə xidmət edən şəxs kimi dəyər görür. Məsələn, qonşu Türkiyədə şəxs hərbi xidmətə yollandıqda həmin gün fəxr hissi ilə, bayram əhval ruhiyyəsində qeyd edilir. İranda nəinki bu yoxdu, hətta valideyinlər övladının salamat gəlib-gəlməyəcəyindən narahatdır.

Yenixeber.org xəbər verir ki, bu sözləri iranlı ekspert Murad Vəisi bildirib.

“İran ordusunun daxilində bir çox lazımsız adət-ənənələr var ki, bu da əsgərin hörmətinin zədələnməsinə səbəb olur. Məsələn, İranda yeni əsgərin qürurunu məhv etmək üçün əllərindən gələni edirlər. Bəli, buna bənzər bəzi hərəkətlər əsgərin ağır vəziyyətə öyrəşməsi üçün bir çox ölkələrdə tətbiq olunur. Ancaq təssüflər olsun ki, İran ordusunda bəzən həddən artıq yüklənmə əsgərlərin təhqirinə və şəxsiyyətinin alçaldılmasına gətirib çıxarır”, - o bildirib.

Ekspert vurğulayıb ki, əsgərlər də cəmiyyətin bir hissəsidir:

“Toplumda olan problemlər hərbiçinin psixologiyasına təsir edir. Hətta insanların əsgərlikdən təəssüratı yeni nəslin yanlış məlumatlanmasına gətirib çıxarır. Sonda əsgər reallıqla qarşılaşdıqda dərin depressiya keçirir”.

Vəisi İranda əsgərliklə bağlı qəbul edilən son qanunların vəziyyəti daha da pisləşdirdiyini bildirib:

“Bədəlli əsgərlik vəziyyəti daha da çıxılmaz edir. İranın zəngin təbəqəsi övladlarını əsgərə yola salmaqdan imtina etdiyi üçün maddi cəhətdən imkanı olmayanlar Kirman, Bəlucistan və s kimi münaqişə ocaqları aktiv bölgələrə göndərilir. Təbəqələr arasında fərq böyüdükcə, iqtisasadi vəziyyəti normal olmayan insanların bu haqsızlıqla qarşılaşdıqda əlindəki silahdan istifadəsi qaçılmaz olur”.

Qeyd edək ki, ötən gün İran ordusunun hərbçisi 5 əsgər yoldaşını öldürərək, qaçıb. Daha sonra o, saxlanılaraq, həbs edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam