Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

“Tut ağacı” mahnısının sözlərini Bakının keçmiş merinin xanımı yazıb -FOTO

 

Əməkdar artist Aygün Bəylərin ölümü onun ifasında səslənən bir sıra məşhur bəstələri, o cümlədən həzin melodiyalı “Tut ağacı” mahnısını gündəm edib. Mərhum müğənninin təkrarolunmaz ifası ilə qəlblərı yol tapan mahnının musuqisi bəstəkar Aygün Səmədzadəyə, sözləri Zakirə Allahverdiyevaya məxsusdur.

Yenixeber.org-un məlumatına görə, sevilərək dinlənilən "Tut ağacı" mahnısının sözlərini yazan şairə Zakirə Allahverdiyeva Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, mərhum Rəfael Allahverdiyevin həyat yoldaşıdır. Ötən gün "Tut ağacı" mahnısının necə yarandığı barədə qısa tarixçəni oxuculara təqdim etmişdik.

Bəs bu məşhur mahnının sözlərini yazan Zakirə Allahverdiyeva kimdir?

Rafael Allahverdiyev Birinci (1995-2000) və İkinci (2000-2005) çağırış Milli Məclisin üzvü olub. O, həm də uzun müddət (3 iyul 1993 - 16 oktyabr 2000-ci il) Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Rafael Allahverdiyev 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda iqtidar uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfərdən biridir. O, həm də Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olub.

2000-ci ilin oktyabr ayının sonunda Rafael Allahverdiyev Bakı meri vəzifəsindən istefa verib.  Daha sonra 2004-cü ilin sonlarından 2009-cu ilin əvvəlinə kimi İsveçrədə mühacir həyatı yaşamağa məcbur olub.

R.Allahverdiyev 2009-cu il yanvarın 11-də xərçəngdən dünyasını dəyişib. Onu Bakının Fatmayi kəndindəki qəbiristanlıqda torpağa tapşırıblar.

Zakirə və Rəfael Allahverdiyev cütlüyünün 3 övladı dünyaya gəlib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam