Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bakı-Sumqayıt yolunda cəza tədbirləri sərtləşdiriləcək

 

Bakı-Sumqayıt yolunda ictimai nəqliyyatın axınını yaxşılaşdırmaq məqsədilə salınan avtobus zolağına qanunsuz daxil olan digər nəqliyyat vasitələri üçün cəza tədbirləri sərtləşdiriləcək.

Yenixeber.org xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır:

“Bir sıra yeni nəzarət mexanizmi və müasir nəzarət cihazları tətbiq edilə bilər. Lakin bu məsələ hələ danışıqlar ərəfəsindədir, yekun razılıq alındıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.

Hazırkı vəziyyətdə avtobus zolağına qanunsuz daxil olan nəqliyyat vasitələri qanunla 40 manat məbləğində cərimə olunur. Ola bilər ki, bu cərimə məbləği bəzi sürücülər üçün o qədər də böyük rəqəm deyil. Lakin biz bu problemin həlli üçün daha ağır cəza tədbirlərinin tətbiqini həyata keçirəcəyik”.(Oxu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam