Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Milli Məclisin xərcləri ARTIRILIR

Büdcə zərfində inzibati təsnifata uyğun olaraq bir sıra dəyişikliklərin edilməsinə ehtiyac yaranıb.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, bunlar deputatlar tərəfindən qaldırılan məsələlərə bağlıdır: “Bu, əsasən təhsil sahəsindəki problemlərlə bağlı məsələlərə aiddir. Ali təhsil və məktəbəqədər ümumi təhsil üzrə dövlət agentliklərinə vəsait yönəldiləcək. Bu xərclər Elm və Təhsil Nazirliyinin aparatının saxlanması xərclərinin 15 milyon manat azaldılması hesabına ayrılacaq. Aparatın xərcləri azaldılacaq və nazirliyin tabeliyində olan agentliyə bu vəsait yönəldiləcək. Müvafiq olaraq büdcədə ehtiyat kimi yaradılmış vəsait hesabına bunu tənzimləyə bilirik. Dövlət Su Agentliyinin və Suların İstifadəsinə Nəzarət Xidmətinin aparatının saxlanması üçün tələb olunan 5,9 və 3,6 milyon vəsait də təmin ediləcək. Bunlar da əlavə xərcə getmədən ehtiyat kimi yaradılmış vəsait hesabına təmin ediləcək. Milli Məclisin də 2024-cü il üzrə xərclərinin 252, 5 min manat artırılması nəzərdə tutulub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam