Günün qoroskopu: Nüfuzlu şəxsdən dəstək istisna deyil
Yenixeber.org dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - cəsarətli planın və ya layihənin həyata keçirilməsi üçün əlverişli gündür. Kimsə sizi dəstəkləmir? Narahat olmayın. Qarşınıza qoyduğunuz məqsədə bu gün təkbaşına çata bilərsiniz. Yaradıcılıq potensialınız yüksəkdir. Fəqət, illüziyalara qapılmayın. Real problemlərin həlli ilə məşğul olun.
Şəxsi münasibətlər müstəvisində istənilən çətinliyi dəf etmək, sizə əziz insanla qarşılıqlı anlaşmaya nail olmaq mümkündür.
Günün ikinci yarısı maraqlı görüş və romantik tanışlıq vəd edir.
Buğa - emosional baxımdan mürəkkəb gündür. Mövcud problemlərə yenilərini əlavə etməyin. Çətinliklər yaratmaqla inadkar olmayın. Ətrafınızdakı insanlarla münasibətlərinizin formalaşma istiqamətinə fikir verin. İkinci məna aramayın, sizi səmimi-qəlbdən sevən insanlardan şübhələnməyin.
Günün ikinci yarısında işdə qeyri-ciddi situasiya yarana bilər. Təşəbbüskar olun, mövqeyinizdən geri çəkilməyin.
Belədə müəyyən uğurlara nail olacaqsınız.
Maliyyə məsələlərində xoş dəyişikliklər yaşanacaq.
Əkizlər - günün ilk yarısı çətin saatlardır. Soyuqqanlı və təmkinli olun. Gələcəyə qorxusuz, təlaşsız baxın. Sizi təbdən çıxarmaq çox asandır və bədxahlarınız da bundan yararlanmağa çalışacaqlar. Nikbin olun. Şans yaranan kimi, maraqlarınızın təminatına çalışın.
Günün ikinci yarısı talenin sizə meydan oxuduğu zamandır. Cəsarətli olun çağırışı qəbul edin.
Qələbə şansınız çoxdur və uğur da kiçik olmayacaq.
Çətin anlarda sizi dəstəkləmək üçün sevdiyiniz insan yanınızdadır.
Xərçəng - ətrafınızda yaşanan hadisələrə rəğmən soyuqqanlı və təmkinli olun. Məntiqli davranın. Sizə təzyiq və təsir göstərmək üçün bəziləri çox çalışırlar.
Gərəkli bildiyiniz kimi davranın. Yeni işlərə başlamaq, çoxdan hazırlanmış planları reallaşdırmaq olar. Təkbaşına çalışmaqdan çəkinməyin. Yetər ki, ilk addımı atın: həmfikirlər tapılacaq.
Günün ikinci yarısı faydalı və xoş təmaslar vəd edir. Etibar etdiyiniz insanla söhbət son hadisələrə baxışlarınızın dəyişməsinə səbəb olacaq.
Şir - işgüzar toplantı və görüşlərdə özünüzü normal, rahat hiss edin. Dialoqu gərəkli saydığınız məcraya yönəldin, məqsədinizə çatmağa çalışın.
Maliyyə və əmlak məsələləri ilə bağlı qərarların qəbulu zamanı müstəqil olun.
Yaxın ətrafınızdakı insanlara mənasız, absurd təsir bağışlayan iş sizə gəlir gətirə bilər.
Günün ikinci yarısında başlayacağınız işi sürətlə başa vurun.
Şəxsi münasibətlərdəki problemləri həll edin. Əsas məsələlərdə mövqeyinizdə dəyişikliklər etməyin, amma xırda məsələlərdə güzəştə getməyi bacarın.
Qız - yeni layihəni gerçəkləşdirməyə başlayın. İşlərinizdə təşəbbüskar olun. İdeyalarınız yaxşıdır. Ətrafınızdakı insanlar da bunu anlayırlar və sizə yardım təklif edirlər. Sizi tənqid edənlərdən birinin motivasiyası paxıllıqdır. Belə insana fikir verməyin. Qarşınıza yüksək məqsədlər qoyun. Həmin məqsədlərə çatacağınıza şübhə etməyin.
Günün ikinci yarısında fiziki işlə məşğul olun. Təbii materiallara üstünlük verin.
Səhhətinizə fikir verin.
Dərinin hissiyatı artır. Qıcıq, allergik reaksiya istisna deyil.
Tərəzi - başqalarının maraqlarını düşünərək öz mənafeyinizi unutmayın. İşlərə başdansovdu yanaşmayın. Yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın.
Kimsə sizdən sui-istifadə etmək istəyirsə, sayıq olun, itaətə düşməyin.
Yardım istəyənə kömək edin. Peşəkar əlaqələrin möhkəmlənməsi üçün uğurlu gündür.
İşgüzar tərəfdaşlarla yeni layihəni müzakirə etmək olar.
Bilik, informasiya, məlumat bazasının gücləndirilməsi üçün əlverişli zamandır.
Axşam saatlarında normal istirahət edin.
Əqrəb - yaxşı perspektivləri olan gündür. Karyera müstəvisində irəliləyişlərə imkan verən peşəkar qələbələr istisna deyil. Lider məziyyətlərinizi nümayiş etdirərək həmfikirlərinizə başçılıq edə bilərsiniz.
İşdə rəhbərlik sizi dəstəkləyir. Yalnız bu, hələlik mənəvi dəstəkdir.
Maliyyə məsələlərində çətinliklər var. Müqavilələr, anlaşmalar, sövdələşmələr üçün yararlı gün deyil.
Axşam saatlarında ailə üzvləri ilə təmaslarda mehriban olun
Qonaqlar gələ bilər. İmprovizasiya olacaq.
Oxatan - təşəbbüskar, əzmli, qətiyyətli olun. Ani çətinliklər və müvəqqəti problemlər sizi ruhdan salmasın. Şərait uyğun və əlverişli olmasa belə, məqsədə doğru hərəkəti davam etdirin. Ətrafınızdakı insanları təəccübləndirərək istədiyinizə çata bilərsiniz.
Nüfuzlu şəxsdən dəstək istisna deyil.
Günün ikinci yarısında maraqlı tanışlıqlara hazır olun. Bu gün başlanacaq münasibətlər gözlənilməz məcrada inkişaf edəcək. İntuisiyanıza güvənin. O, sizə gərəkli qərarları deyəcək.
Axşam saatlarında hədiyyə ala bilərsiniz.
Oğlaq - illüziyalarınıza qapılmayın. Sağlam məntiqə dayanın. İmkanlarınızı və xüsusilə də yaşananları real dəyərləndirin, səhvlərə yol verməyin.
İşlər çoxdur. Diqqət tələb edən məsələləri və işləri həll etmək üçün sayıq olun.
Anlaşma, müqavilə üçün əlverişli gündür. Uzunmüddətli əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi üçün əlverişli zamandır.
Əvvəlki vaxtlardan fərqli olaraq, yaxınlarınız yardım üçün daha tez-tez müraciət edirlər. Bundan dolayı gərgin situasiya formalaşa bilər. Soyuqqanlı olun. Başqalarının emosiyalarının gərilməsinə səbəbkar olmayın.
Dolça - neytral gündür. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün xeyli səy tələb olunur. Nəticə qətiyyət və əzminizdən asılıdır. İstənilən miqyas və ya formatda qələbə, irəliləyiş diqqətə layiqdir.
Günün ikinci yarısında komplekslər və zəifliklərinizin bəzilərinin öhdəsindən gəlin.
Səhhətinizə fikir verin. Yaşam tonusu səviyyəsininin aşağı düşməsi sağlıq durumunuzda problemlər yarada bilər.
Sevdiyiniz insanla münaqişə yaratmayın. Əks təqdirdə barışmaq asan olmayacaq.
Balıqlar - gərgin və məhsuldar fəaliyyət zamanıdır. Malik olduğunuz bilik və bacarıqlardan daha üstün səviyyədə təcrübə tələb edən tapşırıqlar alacaqsınız.
Diqqətli olun. Həmkarlarınızın təcrübəsindən yararlanmağa çalışın. Bu gün peşəkar məsələlərlə yanaşı, emosional məqamlar da diqqətinizi tələb edir.
Günün ikinci yarısında yeni işə başlasanız, onu uğurla başa vuracaq, parlaq nəticəyə nail olacaqsınız. Gəlirləri artırmaq imkanı var.
Rasionu diqqətlə tərtib edin. Mədənizdə problemlər yaratmayın.