Humanitar yardım daşıyan 96 yük maşını Qəzza zolağına daxil olub
Beynəlxalq humanitar yardım daşıyan azı 96 yük maşını “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub.
Yenixeberorg: Bu barədə İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətlərinin Koordinasiyası İdarəsi məlumat yayıb.
“Beynəlxalq humanitar yardım daşıyan 96 yük maşını bu gün “Rəfah” keçid məntəqəsindən keçərək Qəzza zolağına gəlib”, - deyə məlumatda bildirilir.
Qeyd edildiyi kimi, bu yük maşınlarından 15-i anklav ərazisinə dərman preparatları, 31-i ərzaq, 8-i su, 19-u müvəqqəti yerləşdirmə məntəqələrinin işinin təşkili üçün zəruri olan əşyalar, daha 23-ü isə qarışıq yüklər daşıyıb.
Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Qətərin “Əl-Cəzirə” telekanalına açıqlamasında Qəzza zolağının əhali üçün hər gün 500 yük maşını humanitar yardıma ehtiyacı olduğunu bildirmişdi.
Mənbə: TASS