Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Böyrək satışı elanı- ŞOK FOTOLAR

 

Bakının mərkəzində açıq şəkildə böyrək satışı ilə bağlı elanlar yerləşdirilib.

 

"Xeberinfo.com":    Məlumata görə, bu barədə fotolar sosial şəbəkələrdə yayılıb. Elanlarda böyrəyin hansı qan qrupuna məxsus insana aid olması, qiyməti və əlaqə telefonları yer alıb. Şəhərin bir neçə yerində rast gəlinən elanların məzmunu və çap olunma formalarından bunun eyni şəxs və ya şəxslər tərəfindən hazırlandığını sezmək mümkündür. Şəhərin Qara Qarayev metrosu yerləşən ərazisində çəkildiyi deyilən və eyni divarda iki müxtəlif böyrək satışı elanı asılsa da, əlaqə telefonları müxtəlif qeyd olunub. Bu isə çox güman ki, elanların bir şəbəkə tərəfindən yerləşdirilməsi ilə bağlı diqqəti yayındırmaq üçündür.



İnsan Hüquqları Komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, küçə və meydanlarda böyrək alveri ilə bağlı vurulan elanlar cinayət xarakterlidir: “Bu cür alqı-satqının başqa adamlar tərəfindən qeydə alınması Azərbaycan qanunvericiliyinə ziddir. Hesab edirəm ki, bunun qarşısı dərhal alınmalıdır. Həmin adamlar hüquq-mühafizə orqanları tərəfindən tapılıb ifşa olunmalıdır. Bu Azərbaycan hüquq-mühafizə orqanlarının əlində elə də çətin iş deyil. Həqiqətən də böyrək alveri ilə məşğul olan insanlar varsa, onlar qanun qarşısında cavab verməlidirlər”.

 

AzNews.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam