Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DİN-dən "böyrək" elanı ilə bağlı açıqlama

 

Daxili İşlər Nazirliyi (DİN) dünən sosial şəbəkələrdə. eləcə də elektron KİV-də yayılan və Bakı şəhərində insan böyrəyinin satılmasından bəhs edən xəbərə münasibt bildirib.

"Xeberinfo.com":  Məlumata görə, DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovun adından yayılan açıqlamada deyilir: “Diqqətli vətəndaşlarımızın yəqin ki, hələ də xatirindədir, keçən ilin iyun ayında Bakı metrosunun “Qara Qarayev” stansiyasının çıxışında naməlum şəxslərin insan böyrəkləri satması ilə əlaqədar elanların asılması barədə kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Elə o vaxt Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının dərhal həyata keçirdikləri tədbirlər nəticəsində başqasına məxsus mobil telefon nömrələrini göstərməklə həmin elanları yazıb qeyd olunan ərazidə yaymış iki nəfər- Bakı şəhər sakinləri, 19 yaşlı Emil Emkiyev və 17 yaşlı Muxtar İsmayılov müəyyən edilərək saxlanılmışdılar. Araşdırma zamanı gənclər heç də böyrəklərini satmaq fikrində olmadıqlarını, belə elan verməkdə məqsədlərinin vətəndaşlarla guya zarafat etmək və cəmiyyətin buna reaksiyasını öyrənmək olduğunu bildirmişdilər. Onlar əməllərindən səmimi peşmançılıq keçirərək etdikləri hərəkətlərə görə üzr istəmiş və bir daha belə “zarafat” etməyəcəklərinə söz vermişdilər. E.Emkiyevə və M.İsmayılova ciddi xəbərdarlıq edildikdən sonar sərbəst buraxılmışdılar. O vaxt İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu məlumatı yayaraq məsələyə aydınlıq gətirmişdi.

Lakin bu məlumatın üstündən bir ildən də çox vaxt keçəndən sonra, yəni dünən, bəzi xəbər portallarında və sosial şəbəkələrdə eyni məzmunlu məlumat yayıldı ki, yenə kimsə böyrəyin satır. Bu dəfə də DİN rəhbərliyinin göstərişi əsasında dərhal araşdırmalara başlanıldı və məlum oldu ki, elanlar da, orada göstərilən mobil telefon nömrələri də, elanların asıldığı yer də ötənilkidir. Sadəcə kimlərsə o vaxt saytlarda getmiş həmin xəbəri eşələyib çıxarıb və yenidən yayıb. Şox təəssüflər olsun ki, bəzi xəbər saytları da bu məlumatı, dəqiqləşdirmə aparmadan, mahiyyətinə varmadan dərhal “şok xəbər” kimi yayıblar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam