Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid qeyri-formal təhsilin təşkili üzrə layihə” çərçivəsində növbəti görüş keçirilib-ASAPES-də

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və “İnkişaf naminə idman” İctimai Birliyinin (İNİ) birgə həyata keçirdiyi “Sağlamlıq imkanları məhdud uşaqlar üçün bədən tərbiyəsi və idman sahəsində hibrid (onlayn və oflayn) qeyri-formal təhsilin (ixtisaslaşmış inklüziv təhsilə keçid) təşkili üzrə layihə” çərçivəsində işçi heyətin növbəti görüşü baş tutub.
Yenixeber.org: Görüşün əsas məqsədi layihənin aralıq mərhələsi üçün adaptiv bədən tərbiyəsi sahəsində təşkil olunacaq təlim kurslarında iştirak edəcək namizəd müəllim və məşqçi-müəllimlər ilə daha yaxından tanış olmaq və kurslar haqqında daha ətraflı məlumat verməkdən ibarət olub.
Görüş zamanı layihə rəhbəri Natiq Qasımov iştirakçılara layihənin məqsədi, görülmüş işlər, sözügedən mövzu üzrə təlim kursu, kursu tədris edəcək beynəlxalq ekspertlər, kursdan sonra təlimatçıların əsas vəzifə və öhdəlikləri haqda geniş məlumat verib. Bundan sonra iştirakçıların sualları cavablandırılıb və mövzuya dair geniş fikir mübadiləsi baş tutub.
Qeyd edək ki, adaptiv bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən cari layihənin 2022/2023-cü tədris ilinə təsadüf edən ilkin mərhələsi tərəfdaş təşkilatlar tərəfindən sosial sərmayə və inklüziv cəmiyyətin inkişafı üçün təhsil və bacarıqların artırılması üzrə innovativ yanaşmaları təşviq edən sosial təşəbbüslər çərçivəsində maliyyələşdirilib.


 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam